Dünyanın videokaset istehsal edən sonuncu zavodu bağlanır

Yaponiyanın “Funai Corporation” şirkəti videokaset istehsal edən zavodunun bağlanması xəbərini yayıb.

“New York Times” xəbər verir ki, şirkət istehsal prosesi üçün komplektləşdiricilərin tapılmasının qeyri-mümkünlüyünü səbəb kimi göstərib.

Son videokaset iyul ayının sonunda istehsal ediləcək.

Yapon firmasının məlumatında bildirilir ki. ötən il dünya üzrə cəmi 750 min videokaset satılıb. Halbuki, 10-20 il bundan əvvəl satış həcmi on milyonlarla ədəd təşkil edirdi.