Ebru Gündeşdən birlik mesajı

Tanınmışlar Türkiyədə baş verən 15 iyul – hərbi çevrilişə cəhd gecəsi haqqında paylaşımlarını davam etdirirlər.

Müğənni Ebru Gündeş də qiyama qarşı paylaşım edib. O, İstanbul küçələrinə toplaşmış insan izdihamının fotosunu paylaşaraq yazıb:

“Vətən üçün, azadlıq üçün, demokratiya üçün əl-ələ…”

Qeyd edək ki, Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra hər axşam ölkənin müxtəlif bölgələrində insanlar “demokratiya növbəsi” üçün meydanlara toplaşır.

axin-azeuro-1