Selenanın ən yaxşı libasları – fotolar

Bu gün müğənni Selena Qomezin 24 yaşı tamam olur. İnstaqramda ən çox izlənilənlər arasında birinci olan Selena həmçinin eyni platformada fotosu ən çox bəyənilən insandır.

Karyerasına 10 yaşında aktrisa kimi başlayan, daha sonralar ən hit mahnıları ilə tanınan Selena uzun müddət həmkarı Castin Biberlə sevgili olub. Cütlük bir-birıərinə qarşı sevgilərini dəfələrlə etiraf etsələr də, ayrılmaqlarına heç nə mane olmayıb. Selena hazırda vaxtının çoxunu rəfiqəsi və həmkarı Teylor Sviftlə keçirir. Feminist xarakterli Teylorun S.Qomezə çox təsir etdiyi, hətta Castinlə onun ayrılmasında əsas amil olduğu deyilir.

AzEuroNews Selena Qomezin ən yaxşı gecə libaslarını təqdim edir:

gomez-azeuro-1 gomezz-azeuro-1  selenaa-azeuro-1 selenagomez-azeuro-1