Rusiyanın Odessadakı baş konsulluğuna bomba qoyulduğu bildirilib

Odessa polisinə Rusiyanın bu şəhərdəki baş konsulluğuna və “Sberbank”ın iki filialına bomba qoyulduğu barədə məlumat daxil olub.

AzEuroNews defencerussia-ya istinadən xəbər verir ki, partlayıcı qurğular barədə polisə şəhərin naməlum sakini məlumat verib.

Qeyd olunur ki, hadisə yerinə istintaq-əməliyyat qrupu və bütün müvafiq xidmətlərin mütəxəssisləri gəliblər.