Sarkisyan Yerevandakı qiyamçılara müraciət etdi

Ermənistan prezidenti Serj Sarkisyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü zamanı Yerevanda PPX-nın polis alayının binasını ələ keçirən qrupun üzvlərini silahı yerə qoymağa çağırıb.

Bu barədə Rosbalt xəbər yayıb. “Biz səbrlə davrandıq və davranacağıq, çünki hər bir vətəndaşımızın həyatı və sağlamlığı bizim üçün qiymətlidir”, – deyə agentlik erməni KİV-ə istinadən prezidentdən sitat gətirib.

Bu arada “İnterfaks” Ermənistan hökumətinin gözlənilən istefası haqqında yerli mətbuatda çıxan xəbərləri təkzib edib. “Ermənistan hakimiyyəti silahlı qrupla bu cür mövzularda danışıqları qeyri-ciddi hesab edir”, – deyə hökumətdəki mənbə bildirib.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib və bir neçə nəfəri, o cümlədən Ermənistan polis rəisinin müavini Vardan Yeghiazaryanı və Yerevan polisinin rəis müavini Valeri Osipyanı girov götürüb.

Hücum zamanı polkovnik Artur Vanoyan həyatını itirib bir neçə nəfər yaralanıb.

Sragagün polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində isə 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb.

Qiyamçıların tələbi polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasıdır.