Tanınmış kinoulduz Antonio Banderas yeni filmin çəklişinə hazırlaşır

Tarixi olan bu film, Janni Versacenin həyatı haqqındadır. Antonio Banderasın baş rolda çəkiləcəyi bu filmin çəkilişləri dekabr ayında, Milan şəhərində başlayacaq .

AzEuroNews xarici saytlara istinadən xəbər verir ki, film bizlərə bir modelyerin həyatı haqqında, onun İtalyanın Redjo-di-Kalabriya şəhərində anadan olmağından, Mayami-Biçdə öldürüldüyü günə qədər danışacaq.

Banderas özü də hazırda moda dünyası ilə əlaqədədir. O, şəxsi ətrini və İtalyada, Portuqaliyada populyar olan eynək kolleksiyasını satışa çıxarmışdı.