Tramp Obama ilə Klintonu günahlandırdı

Trampın sözlərinə görə “ölüm, dağılma, zəiflik” keçmiş dövlət katibindən qalandır.

AzEuroNews life.ru-ya istinadən xəbər verir ki, bu sözlərlə Amerika Birləşmiş Ştatlarının Respublika partiyasından prezidentliyə namizəd olan Donald Tramp ölkənin xarici siyasətinin uğursuzluğunda prezident Barak Obamanı və keçmiş dövlət katibi Hilari Klintonu günahlandırıb.

Trampın fikirincə Obama Klintona Amerikanın xarici dövlət işlərinin idarə edilməsini tapşırmaqla böyük bir səhv edib .

O, hətta onu qeyd edib ki, Hilari Klinton dövlət katibi olmamışdan əvvəl İŞİD terror birləşməsi  yox idi.

Hilari Klintonla olan 4 ildən sonra biz nə əldə etdik?

İŞİD hər yerdə yayılıb, Liviya dağıntılar içərisindədir. Misir “Qardaş-müsəlmanlar” radikal təşkilatına verilib. İraq xaos içərisindədir. İran atom bombasının istifadəsinə doğru gedir, Suriyada isə vətəndaş müharibəsi baş alıb gedir, Qərbə təhdid olan qaçqın böhranı və s.”.