Türkiyədə qatarla mikroavtobus toqquşub: 6 ölü, 15 yaralı var

Türkiyənin Manisa vilayətində sərnişin qatarı ilə mikroavtobus toqquşub.

AzEuroNews sozcu.com.tr-yə istinadən xəbər verir ki, hadisə Alaşehir rayonunda nəzarət olunmayan dəmir yolu keçidində baş verib.

İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlərdən 6 nəfəri ölüb, 8-i ağır olmaqla 15 nəfər yaralanıb.