“Viktoriya Plzen”-“Qarabağ” matçının başlama saatı məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Viktoriya Plzen”ə qarşı(Çexiya) keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.

“Doosan Arena”da keçiriləcək görüş iyulun 26-ı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 2-də Respublika stadionunda keçiriləcək.