XİN rəhbəri: Azərbaycan Fətullahçılara qarşı lazımi addımları atdı

Türkiyə hərbi çevriliş cəhdindən sonra dost və qardaş ölkələrlə əlaqə quraraq Fətullahçılarla bağlı məlumatlarını bildirdi. Azərbaycan da lazımi addımları atdı.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalına bildirib.

Somalinin Fətullahçılarla bağlı qurumları bağladığını vurğulayan nazir bildirib ki, Türkiyə dost ölkələrdən bu addımları gözləyir.