Fətullah Gülənin bacısı oğlu həbs edildi

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin araşdırılması çərçivəsində “Hizmet” hərəkatının ideoloqu dinçi Fətullah Gülənin bacısı oğlu saxlanılıb.

AzEuroNews cnnturk-ə istinadən xəbər verir ki, iyulun 15-də Fətullah Gülənin təşkilatçılığı ilə hərbçilərin dövlət çevrilişinə cəhd göstərdiyi iddia edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan da bu üsyana ABŞ-da yaşayan tanınmış dinçinin rəhbərlik etdiyini bəyan edib.