London yubiley oyunları: Usain Bolt 200 m qaçış yarışında qalib olub

Usain Bolt gələn ay keçiriləcək olan Olimpiya oyunlarına hazır olduğunu sübut etdi. O, Londondakı Olimpiya stadionunda baş tutan yubiley oyunlarında kişilər üçün 200 m qaçış yarışında qalib olub. Altıqat olimpiya çempionu 19,89 saniyəylə; Panamalı rəqibi Alonso Edvardı 0.15 saniyə qabaqlayıb.

AzEuroNews bbc.com-a istinadən xəbər verir ki, Bolt ayın əvvəlində Yamaykadakı sınaq yarışlarında zədəsinə görə iştirak etməyərək, məhsuldarlığı ilə bağlı tərəddüd yaratmışdı. 29 yaşlı atlet London və Pekin Olimpiya Oyunlarında həm 100m həmdə  200 m-də qızıl medalı əldə edib və növbəti ay Rioda öz titulunu qorumağa çalışacaq. İlin 200m-də ən sürətli qaçışı , Amerika Birləşmiş Ştatlarının sprinteri LaShawn Merritt tərəfindən 19.74 saniyəyə, dünya rekordu isə 2009-cu ildə- 19.19 saniyə ilə Bolta aiddir.

Qadınlarda isə gecənin ən təsirli çıxışları Amerikalı Keni Harrison və İngiltərəli Laura Muir tərəfindən qeydə alınıb, bir dünya və iki Britaniya rekordu qırılıb. Harrison qadınlar  100 m maneələrlə qaçışdakı cizgini 28-illik dünya rekordunu 12.20 saniyə kimi heyrətləndirici  vaxta keçərək qırıb. Lakin nəticəsini finiş xəttində göz yaşları içində öyrənən 23 yaşlı sprinter, Amerikadakı  sınaqlarda büdrəyərək, Riodaki yarışlardan kənar qalıb.

keni-harrison-azeuro-1

laura_muir-1-azeuro-1