Münhenin ticarət mərkəzində atışma: 10 ölü, 21 yaralı

Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 21 nəfər xəsarət alıb.

AzEuroNews life.ru-ya istinadən xəbər verir ki, Münhen polisi isə hadisənin 3 nəfər deyil, 1 silahlı tərəfindən törədildiyini bildirib.

Polisin məlumatına görə, hadisəni törətmiş şəxs intihar edib. Onun cəsədi asayiş keşikçiləri tərəfindən müəyyən edilib. Hüquq-mühafizə orqanları cəsədi tapılmış şəxsin hadisəni törətmiş silahlı şəxs olduğunu bildiriblər.

Polis hadisənin digər 2 silahlı şəxs tərəfindən törədilməsi versiyasının təsdiqinin tapmadığını bildirib.