Obama: “ABŞ Almaniyaya hər cür kömət etməyə hazırdır”

ABŞ prezidenti Barak Obama Münhendəki silahlı insidentlə əlaqədar Almaniyaya dəstəyini ifadə edib.

Reuters xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ-ın Almaniyaya istənilən köməyi etməyə hazır olduğunu bəyan edib.

“Biz dəqiq bilmirik ki, orda nələr baş verir. Amma aydındır ki, ürəyimiz ordakı insanlarladır. Biz onların ehtiyacı olduğu hər cür dəstəyi verməyə hazırıq” – deyə ABŞ rəhbəri Ağ Evdəki çıxışında bildirib.

Qeyd edək ki, dünən Münhendə ticarət mərkəzində baş vermiş silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisəni İran əsilli Almaniya vətəndaşı törədib.

Qanlı hadisənin motivi məlum deyil.