Obama Fətullah Güləndən danışdı

ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Xarici KİV-lər xəbər verir ki, Obama Ağ evdəki çıxışı zamanı bildirib ki, o, Gülənin ekstradisiyası barədə qərar verə bilməz. Rəsmi qərar ölkənin Ədliyyə Nazirliyi və məhkəmə sistemi tərəfindən verilməlidir.

“Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər”, – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.