Penitensiar Xidmətin rəisinə yeni rütbə verilib

Azərbaycan Ədliyyə Nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.

Məlumata görə, indiyədək polis general-leytenantı rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.

Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.