Toni Adams Çin klubunda yeni vəzifəyə təyinat alıb

“Qəbələ” klubunun sabiq baş məşqçisi Toni Adams özünə yeni iş yeri tapıb.

“Daily Telegraph”-ın verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis İngiltərə “Arsenal”ının 18 yaşadək futbolçulardan ibarət komandası ilə işini davam etdirməkdən imtina edib.

Doğma klubunda sınaq müddətini başa vuran Adams Çinin “Çuntsin Lifan” klubunun təklifini qəbul edib. O, gənclər departamentinin direktoru postunu tutacaq.

Qeyd edək ki, Toni Adams “Qəbələ”də baş məşqçi vəzifəsi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru kimi də çalışıb. O, “qırmızı-qaralar”la yollarını ötən ay ayırıb.