Türkiyədə 1000-dən çox özəl təhsil müəssisəsi bağlandı

Türkiyədə 1043 özəl təhsil müəssisəsi bağlanıb.

Haberturk xəbər verir ki, ölkədə elan olunan fövqəladə vəziyyət çərçivəsində bağlanan müəssisələr arasında dərnəklər, tələbə yataqxanaları, səhiyyə müəssisələri də var.

Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb. Bundan əvvəl həmin müddət 48 saat idi.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd olub.