Yerevanda girov götürülənlərin hamısı azad olunub

Yerevanda polis şöbəsini ələ keçirən şəxslər qalan iki girovu – Ermənistan polis rəisinin müavini, polis general-mayoru Vartan Yeqizaryanı və Yerevan üzrə polis idarəsinin rəis müavini, polis polkovniki Valeri Osipyanı azadlığa buraxıblar.

AzEuroNews “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Polis binasını ələ keçirən şəxslər daha heç kimi girov saxlamayıblar. Bu gün daha iki girov azad edilib.