Ərdoğana hücum edən qiyamçı zabit milli atlet çıxdı

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Muğlanın Marmaris hissəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı hotelə hücum edən əsgərlər arasında yer alan və mühafizəçilər tərəfindən tutulan Baş Leytenant Ali Sarıbeyin milli atlet olduğu və Dünya Ordulararası yarışlarda Çempion olduğu məlum olub.

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, milli idmançı və məşqçi Kemal Özdemir qiyamçı haqqında danışarkən: “O mənim idmançımdı. Məktəbdə oxuyarkən, dürüst və çox yaxşı oyunçu idi. Çox təəccübləndim, amma həbs edilməklə hökm verilmək eyni şey deyil. Çox güman ki, tapşırıq yerinə yetirib deyə düşünürəm. Əlbəttə bilərək də edə bilər”- deyə bildirib.