Almaniyada bıçaqlı hücumu suriyalı qaçqın törədib

Almaniyanın Roytlinqen şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib. 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən insidentin ilkin təfərrüatları məlum olub. “Bild” qəzeti xəbər verir ki, insident Roytlinqen şəhərinin avtovağzalında baş verib.

21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Cinayətkar polis tərəfindən yaxalanıb.