Böyük Britaniyada restoranlar Pokemonları cəlb edərək gəlirlərini artırırlar

Barların və restoranların işçiləri cib canavarları üçün məkanlarında yem yerləşdirirlər, bundan sonra öz pokemanlarının arxasınca gələn müştərilərin sayı artır.

AzEuroNews life.ru-ya istinadən xəbər verir ki, bu yoldan istifadə edənlərdən biri Londonda yerləşən Maxwell’s Bar & Grill restoranıdır. İşçilərin dediyinə görə cib canavarlarını yemləmək üçün alınan yemlərə gün ərzində 100 funt xərcləyirlər. Amma onlar xərclədikləri hər funtun qarşılığında 44 funt qazanırlar.

Maxwell’s Bar & Grill-in rəhbəri aydınlaşdırdı ki, pokemonlara görə onların gəliri 26 % artıb. Barın 70 min funt gəlir gətirən 2750 yeni müştərisi var.