Hərbiçilərimiz NATO-nun İordaniyada keçirilən tədbirində iştirak edirlər

zərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İordaniyanın paytaxtı Əmman şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində “məsləhətçi görüş”də iştirak edir.

AzEuroNews Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir iyulun 24-dən 30-dək davam edəcək.

Məlumata görə, hərbçilərimiz iyulun 25-dən 29-dək isə Almaniyanın Oberammerqau şəhərində birgə təlim keçmə imkanları üzrə konfransa da qatılacaqlar.