Kaliforniyada meşə yanğınları səbəbindən sakinlər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları səbəbindən 300-ə yaxın evin sakinləri təxliyə edilib.

Vesti.ru xəbər verir ki, Los-Ancelesin şimal-qərbində baş qaldıran yanğının sahəsi təqribən 4,5 min hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə təqribən 300 yanğınsöndürən və 30 vertolyot cəlb olunub.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.