Rusiya idmançıları Rio-2016 Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayıb

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb. İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib.

Beləliklə, qonşu ölkədən “Rio-2016″da yalnız atletlər mübarizə aparmayacaqlar. Onları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası kənarlaşdırıb. Bundan başqa, əvvəllər dopinq problemləri olan rusiyalı idmançılar da olimpiadaya getməyəcəklər.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 – 21 avqustda keçiriləcək.