Türkiyədə Prezident Qvardiyası ləğv olunub

Türkiyədə Prezident Qvardiyası ləğv olunub.

Anadolu agentliyi xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

O bildirib ki, çevriliş cəhdinin olduğu gecə TRT kanalına hücum edən heyət Prezident Qvardiya Alayından hərəkət edib.

O, alayın ləğv edilib-edilməyəcəyinə dair bunları deyib:

“Onun qərarını verdik. Artıq burada, bu tədris korpusunda Qvardiya Alayı olmayacaq”.