Türkiyənin yeganə qadın hərbi pilotu Kerime Kumaş həbs olundu

Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı durmadan artmaqdadır.
AzEuroNews yenicaggazetesi-nə istinadən xəbər verir ki, hazırda Türkiyədə yeganə qadın hərbi pilot olan Kerime Kumaş həbs olunub. O, çevrilişə cəhd əsnasında İstanbul səmasına qalxan F-16 təyyarələrindən birini sürməkdə ittiham edilir. Digər iki pilot Hasan Kara və Tuncay Yıldırım da həbs edilib.
Qeyd edək ki, 2010-cu il məzunu olan Kerime Kumaş  Sabiha Gökçendən sonra Türkiyə tarixində ikinci, hazırda isə yeganə qadın pilotudur.