ABŞ-da günvurmadan 6 nəfər ölüb

ABŞ-ın mərkəzi və şərq hissəsində istilərdən altı nəfər dünyasını dəyişib.

RİA Novosti xəbər verir ki, ölkədə havanın temperaturu 40 dərəcəni keçib. Günvurmadan ölənlərin biri 12 yaşlı yeniyetmə, qalanları isə yaşlılardır.