Donald Tramp populyarlıqda Hilari Klintonu qabaqlayır

Respublikaçılar Partiyasının qurultayından sonra partiyadan ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Demokratlar Partiyasından rəqibi olacaq Hilari Klintonu populyarlıqda qabaqlayıb.

Bunu CNN və “ORC International” şirkətlərinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, Tramp Klintonu 3% üstələyir. Belə ki, rəyi soruşulanların 48%-i D.Trampı, 45%-i isə H.Klintonu dəstəklədiyini bildirib.

Əldə olunan məlumatlardan aydın olur ki, D.Tramp heç bir partiyaya üstünlük verməyənlərdən daha çox səs toplayıb (28%-ə qarşı 46%).