Flora Kərimova 75 yaşını qeyd edib

Şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları, aparıcılar qatılıb. Müğənni yubiley mərasiminin Ağdamın işğalı ilə üst-üstdə düşdüyü üçün mərasimi 2 gün təxirə saldığını açıqlayıb.

Xalq artistinin ad günü tədbirində tanınmış ziyalılar, bəstəkarlar, incəsənət dünyasının məşhur simaları qatılıb, onlar sənətkarın sevincinə şərik olublar.

Mərasimin aparıcısı Murad Arif olub, tədbiri Flora Kərimova açıb. O, gələn qonaqlara təşəkkürünü bildirib, gecədə seçmə insanların olduğunu vurğulayıb.

Təəssüratlarını bölüşən Flora Kərimova illərdir ad günü etməməsindən, arzularından danışıb: “İlk hədiyyəmi müğənni Aslan Hüseynov etdi. Mənə təbii mirvari dəst bağışladı. Təbriklərim 1 ay əvvəldən başlayıb. İlk təbriki övladlarımdan aldım. İllərdir ad günümü qeyd etmirəm. Ağdamın işğal gününə düşdüyü üçün istəmirdim. Bu gün də ad günü etmirəm, yubileyimə görə dostlarımla bir araya yığışdıq. Məclisimə mədəni, bir üzü olanlar yığışdı. Ən böyük arzum Qarabağı geri almağımız, qızımın övladını görməyimdim. Daha sonra isə oğlumun övladlarının toyunu görməyi Allah mənə nəsib etsin”.

flora-briliant-azeuro-1