İrəvanda müxalifətin mitinqi keçirilir

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin mitinqi başlayıb.

“news.am”-a xəbər verir ki, nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Bildirilir ki, əks təqdirdə müxalifət tək İrəvanda deyil, Ermənistanın digər rayonlarında itaətsizlik aksiyaları keçirəcək.