Meksikada iki şəhər meri güllələnib

Meksikanın Syudad-Altamirano şəhərinin (Qerrero ştatı) meri Ambrosio Soto qətlə yetirilib.

AP agentliyi xəbər verir ki, şəhər narkotik alverçilərin məskəni kimi tanınır. Bir gün əvvəl isə San-Xuan-Çamula şəhər (Çyapas ştatı) merinin güllələndiyi bildirilir.  Qeyd olunur ki, son 10 ildə Meksikada 75 şəhər meri qətlə yetirilib.