NATO-nun hərbi bazası yaxınlığındakı yanğın sürətlə yayılıb

Türkiyənin İzmir vilayətində NATO-ya məxsus hərbi baza yaxınlığında güclü yanğın olub.

Parstoday xəbər verir ki, yanğın 40 hektar meşə ərazisini əhatə edib. Hazırda yanğın lokallaşdırılıb. Hadisə nəticəsində zərərçəkənlərin olması barədə məlumat yoxdur. İlkin ehtimala görə, yanğın qəsdən törədilib.