Nijni Novqorodda ildırım bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb

Hadisə “Payız Festivalı” zamanı Balaxninskidə olub.

AzEuroNews 1tv.ru-ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bu dəhşətli faciə festivalın sonunda baş verib. Minlərlə insan dağılmağa başlayarkən ,güclü külək əsib, yağış yağıb. İldırım çaxmağa başlayan vaxt , elektrik cərəyanı insanların üzərinə vurub .

Məlumata görə, ildırım güclü sel ilə 15-20 dəq. ərzində davam edib.

Beləliklə hadisə nəticəsində ildırım bir kişini açıq meydanda telefonla danışan zaman vurub.Onu xilas etmək mümkün olmayıb. İki qadını isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırıblar.