Obamanın qardaşı Trampı dəstəkləyir

Barak Obamanın ögey qardaşı Malik Obama ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.

AzEuroNews rt.com-a istinadən xəbər verir ki, Malik Obama Respublikaçılar Partiyasından namizədliyini irəli sürən milyarder Donald Trampı dəstəklədiyini bildirib.

“Donald Tramp xoşuma gəlir. O, çox ürəkdən danışır. ABŞ-ı yenidən hegemon dövlətə çevirmək əla sloqandır”, – deyə o bildirib. Malik Obama milyarderlə görüşmək arzusunda olduğunu da açıqlayıb.