Pep Qvardiola: “Joze Mourinyonun əlini sıxmaq problem deyil”

Mançester Siti komandasının baş məşqçisi Pep Qvardiola bazar ertəsi Pekində oynanılacaq mövsüm öncəsi derbidə Mançester Yunaytedin meneceri Joze Mourinyonun əlini sıxmağın problem olmadığını bildirib.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, bu futbol görüşü, iki məşqçi arasında 2012-ci ildə baş tutan Barselona Madrid qarşıdurmasından sonra ikinci dəfə onları qarşı-qarşıya gətirəcək.

Həm onların rəqabət əhəmiyyətini lazımı səviyyədə mübarizə ilə sərgiləyəcək, həm də Pep Qvardiola dostluq əlini təklif edəcək.

Bunla bağlı Joze Mourinyoya sual ünvanlandıqda, o da eyni cavabı verib.

Komanda təyyarələri Pekindəki hava səbəbi ilə bir plandankənar eniş etmək məcburiyyətində qalıb.

Çinli azarkeşlərin də böyük həvəslə gözlədiyi və bu gün oynanılması gözlənilən qarşılasma, bütün gecə yağan yağışın, meydanı futbol üçün yararsız hala gətirməsi səbəbi ilə ləğv edilib.

cin-stadion-azeuro-1