Rihanna “Bates Motel” serialına çəkiləcək

Rihanna seriala çəkilir. Dünyaşöhrətli ifaçı Rihanna “Bates Motel” serialına çəkiləcək.

AzEuroNews hollywoodreporter.com-a istinadən xəbər verir ki, müğənni bu məlumatı həftənin cümə günü Comic-Con konfransında şəxsən açıqlayıb. Serialin rəsmi Twitter səhifəsində Rihannanın çəkiləcəyi rolun video çarxı yayımlanıb.
Müğənni videoda çox yaxında “Bates Motel”ə qatılıram deyə sevənlərinə mesaj göndərib.