Rusiya milli komandası Olimpiya oyunlarında iştirak etmək üçün Braziliyaya gedib

Gimnastika üzrə Olimpiya oyunlarında iştirak etmək üçün Rusiya milli komandası Braziliyaya gedib. Yaponiya Gimnastika Federasiyasından bildiriblər  ki, ruslar  olmazsa, olimpiya mükafatlarının dəyəri azalar, belə ki, kəskin rəqabət mümkün olmaz. Bu gün qılıncoynatma üzrə milli komandasının Rioya  gəlişi gözlənilir. Qalan rus idmançıları isə cümə axşamı Moskvadan yola düşəcəklər.

AzEuroNews 1tv.ru-ya istinadən xəbər verir ki, oyunlarda Rusiyanı kimlərin təmsil edəcəklərini Beynəlxalq Federasiyalar müəyyənləşdirəcək. Məhz onlar, BOK-un qərarına əsasən, indiki yarışlarda Rusiya idmançılarının iştirakı üçün icazə verəcəklər. Artıq dəqiq məlumdur ki,  yüngül atletika idmançıları Rioya getməyəcəklər. Suya tullanma və sinxron üzmə idman növündəki idmançılar isə Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən, oyunlarda iştirak zəmanəti əldə ediblər.

Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Bax bildirib ki, Olimpiyadaya yalnız dopinq ittihamına aidiyyəti olmayan, “təmiz” idmançıların iştirakına imkan veriləcək.