Türkiyədə 11 jurnalistin ölkədən qaçdığı məlum olub

Türkiyədə dövlət çevrilişi cəhdinə görə barələrində həbs qərarı çıxarılan jurnalistlərdən 11 nəfərinin ölkədən qaçdığı məlum olub.

Haber7 xəbər verir ki, onlardan 8 nəfəri Türkiyədə Fətullahçı terror təşkilatı (FETO) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı istintaq aparıldığı müddətdə ölkəni tərk edib. Bunlar Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvidir. Digər 3 jurnalist – Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu isə iyulun 15-də əvvəl Türkiyədən gedib.