Yunker: “Türkiyə Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil”

“Türkiyə mövcud halı ilə yaxın bir zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq”.

Reuters xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker “France 2” televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq.