Yuventus 94 milyon avro ödəməyi qəbul edib

Gonzalo Higuain, Yuventus yolundadır. Sky Sports İtaliya, Argentinalı hücumçunun ağ-qara  komanda  ilə razılaşdığını iddia edir.

AzEuroNews xəbər verir ki, Sky İtaliyaya görə; Yuventus, Gonzalo Higuainin müqaviləsinin ləğvinin əvəzinə 94 milyon Avronu Napoliyə ödəməyi qəbul edib. Higuainin Madriddə tibbi müayinədən keçdiyi irəli sürülən xəbərdə, ulduz oyunçunun, yeni klubuyla 4 illik müqavilə imzalayacağı bildirilib.

Xəbərdə Argentinalı hücumçunun, yeni müqaviləyə əsasən ildə 7.5 milyon avro qazanacağı da vurğulanıb. Higuain, keçdiyimiz mövsüm Napoli forması ilə liqdə 36 qola imza atmışdı.

Bu məbləğ isə onu dünyanın ən bahalı futbolçularının siyahısına daxil edəcək.