​ABŞ-ın Demokrat Partiyası seçkiqabağı platformasını qəbul edib

ABŞ-ın Demokrat Partiyası Filadelfiyada keçirilən ümummilli qurultayda seçkiqabağı platformasını qəbul edib. Bu barədə sabiq dövlət katibi Hillari Klinton öz “Twitter” səhifəsində yazıb.

“Demokratlar öz tarixləri ərzində ən mütərəqqi partiya platformasına səs veriblər”, — deyə o qeyd edib. Klinton Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd kimi iyulun 28-də Filadelfiyada keçiriləcək toplantı zamanı rəsmən irəli sürüləcək.