Bernie Ecclestonun qaynanası qaçırıldı!

İngilis iş adamı, Formula 1 dünyasının mübahisəli müdiri,Bernie Eccleston bu dəfə yarış xarici bir mövzuyla gündəmə gəlib. 85 yaşındakı idman adamının qaynanası, Braziliyada kimliyi bilinməyən şəxslər tərəfindən qaçırılıb.

Hadisənin ötən cümə Sao Paoloda baş verdiyi bildirilir.Ecclestonun 2012-ci ildə ailə qurduğu həyat yoldaşı Fabiana Flosinin anası Schunk üçün 120 milyon Braziliya realı, yəni təxminən 28 milyon funt sterlinq tələb edildiyi bildirilir.

Tarixin ən böyük iqtisadi böhranlarından birini yaşayan Braziliyada, son illərdə artan qaçırılma hadisələrinin qarşısını almaq üçün polis təşkilatında xüsusi bir bölmə yaradılmışdır. 10 gün sonra olimpiadalara ev sahibliyi edəcək olan ölkədə,təhlükəsizlik və səhiyyə problemləri narahatçılıq yaradır.