Dünya mətbuatı Azərbaycanda keçiriləcək Referendumdan yazır

Azərbaycanda keçiriləcək referendumla bağlı dünya mətbuatı da öz səhifələrində geniş yer ayırmaqdadır. Bir sıra dövlətlərdə fəaliyyət göstərən nüfuzlu qəzet və aparıcı informasiya saytları verilən qərarla bağlı məlumatlar və analitik yazılar dərc edirlər. Xüsusilə Türkiyə və Rusiya mətbuatı bu barədə geniş xəbərlər verməkdədirlər.

Türkiyənin TRT xəbər media qurumunun informasiya bölümündə referendumla bağlı qeyd olunur ki, Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncamına əsasən, Konstitusiyanın 29 maddəsində dəyişikliklər olacaq və artıq bununla bağlı çalışmalara başlanılıb. Bildirilir ki, Konstitusiya dəyişiklikliyi ilə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçilmə yaşının “ən azı 35 yaş” məhdudiyyətinin aradan qaldırılması, prezidentə növbədənkənar prezident seçkiləri seçimi elan etmək hüququnun verilməsi nəzərdə tutulub.

Eyni zamanda, vitse-prezidentlik postlarının yaradılması barədə də geniş məlumat verilən informasiyada bildirilir ki, həmin postlara təyinetmə və azadetmə hüququ da ölkə rəhbərinə veriləcək. O cümlədən, prezidentin birinci köməkçisi toxunulmazlıq haqqına sahib olacaq. Prezidentin olmadığı təqdirdə onun vəzifələrini vitse-prezident həyata keçirəcək.

Məlumatda digər müddəlar barədə də ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Artıq bununla bağlı Konstitusiya Məhkəməsi müsbət qərar qəbul edərək, referendum layihəsini Mərkəzi Seçki Komissiyasına göndərib. Artıq seçim xalqındır və referendumun dəqiq tarixini Prezident İlham Əliyev təyin edəcək. Link:http://www.trthaber.com/haber/dunya/azerbaycan-referanduma-gidiyor-262811.html

Qardaş ölkənin daha bir nüfuzlu media qurumu – “Sabah” qəzeti də sözegedən mövzu ilə bağlı analitik yazı hazırlayıb. Yazıda yuxarıda qeyd edilən amillərlə yanaşı bildirilir ki, əsas seçim xalqındır. Link: http://www.sabah.com.tr/dunya/2016/07/25/azerbaycan-referanduma-hazirlaniyor

Rusiya mətbuatı da mövzu ilə bağlı məlumatlar və analitik yazılar hazırlayır. Belə ki, “Kremlyovskaya pressa”nın yazdığına görə, referendumun keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsi müsbət qərar verib. “Məhkəmə yekun qərar verib. Qərara görə, təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Konstitusiyasının qanunlarına tam olaraq cavab verir”-deyə nəşr yazır.

“Kremlyovskaya pressa” daha sonra qeyd edir: “…Plenumda prezident Administrasiyasının rəsmisi Şahin Əliyev çıxış edərək elan edib ki, 7 il öncəki referendumdan sonrakı 7 illik müddətdə sürətli inkişaf və tərəqqi yeni və daha təkmilləşdirilmiş ölkə qanununun yaranması zərurətini meydana çıxarıb”.

Linki: http://krpress.ru/2016/07/25/v-azerbaydzhane-sostoitsya-konstitucionniy-referendum.html

Rusiyanın digər nüfuzlu mətbuat orqanı olan “Komsomolskaya Pravda” və s. media qurumları da mövcud məsələ ilə bağlı geniş informasiyalara yer ayırıblar. Link:http://www.kp.ru/online/news/2460845/

Qeyd edək ki, digər MDB ölkələri,Avropanın və ABŞ-ın bir çox nüfuzlu informasiya şəbəkələrində də Azərbaycanda keçliriləcək referendumla bağlı məlumatlar külətvi ictimai rəyin diqqəyinə çatdırılıb. Xüsusilə bildirilir ki, xalq referendumun keçirilməsi layihəsini birmənalı olaraq dəstəkləyir.