Fəthullah Gülənin gizlənə biləcəyi ölkələrin adları açıqlanıb

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hərbi çevrilişə cəhddə əli olduğu deyilən Fətullah Gülənin gizlənə biləcəyi ölkələrin adlarını açıqlayıb.

“Yeni Şəfəq” qəzeti xəbər verir ki, Bəkir Bozdağ bildirib ki, bu, ilk növbədə Misir, Avstraliya, Kanada, Cənubi Afrika və Meksikadır.

Nazirin sözlərinə görə, Fətullah Gülənin harada gizlənməsinə baxmayaraq, Türkiyəyə qaytarılacaq.