Fransada iki nəfər kilsədə bir neçə nəfəri girov götürdü

Bir az əvvəl Fransanın şimalındakı Sent-Etyen-dyu-Ruvre şəhərciyində bıçaqla silahlanmış iki nəfər kilsədə bir neçə nəfəri girov götürmüşdü.

İlkin ehtimala görə, girov götürülənlərin sayının 4-6 nəfər ola biləcəyi bildirilirdi.

RİA Novosti xəbər verir ki, artıq insident başa çatıb. Polis cinayətkarları zərəsizləşdirib. Girovlardan birinin öldüyü bildirilir.