Gülən Qərbi dəstəklədiyini etiraf edib

Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fəthullah Gülən etiraf edib ki, həmişə Qərbi dəstəkləyib.

Haberturk xəbər verir ki, bu barədə Fətullah Gülənin “New York Times” qəzetinə verdiyi müsahibədə deyilir.

Onun sözlərinə görə, Qərbin, həmçinin ABŞ-ın mötədil İslama həmişə ehtiyacı olub.

F.Gülən ABŞ hakimiyyətini onu Türkiyəyə ekstradisiya etməməyə çağırıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.