Günəş batareyası ilə işləyən təyyarə dünya turunu uğurla başa çatdırdı

Solar İmpulse 2 adlı bu təyyarə günəş enerjisi ilə işləyir.

AzEuroNews tass.ru-ya istinadən xəbər verir ki, Bertran Pikkarın idarə etdiyi bu təyyarə 9 mart 2015-ci il tarixində dünya turuna çıxmışdı. Bu müddət ərzində təyyarə dünyanın 15 ölkəsinə eniş edib və son olaraq Abu- Dabiyə enərək çıxdığı dünya turunu bitirib .

Solar İmpulse – 2 ondan əvvəl olan Solar İmpulse-dan fərqli olaraq yeni versiyada hazırlanıb. Onun qanadları 72,3 metr, çəkisi isə 2,3 ton təşkil edir. Təyyarəyə 17min 248 günəş akkumulyator batareyaları yerləşdirilib, hansı ki, 4 ədəd elektromotoru işə salır. Beləliklə Solar İmpulse-2 təyyarəsinin sürəti saatda 140 kilometr təşkil edir.