İki gündə 9 milyon dəfə baxılan- Video

Benedikt Kamberbetçin (Benedict Cumberbatch) baş rolu ifa etdiyi “Doctor Strange” filminin treylerinə iki gündə 9 milyon istifadəçi baxıb.

Filmin treyleri “Marvel Entertainment”in “Youtube” səhifəsində yerləşdirilib. Film avtomobil qəzasından sonra özü üçün gizli sehrli dünyanı açan neyrocərrah Stefan Strengin həyatından bəhs edir.

Filmdə, Çivatel Edjiofor (Chiwetel Ejiofor),Reyçel Makadams (Rachel McAdams), Mads Mikkelsen (Mads Mikkelsen), Tilda Suinton (Tilda Swinton) çəkiliblər.