Klintonun məsləhətçisi, Kremlin niyə Trampı dəstəklədiyini açıqladı

Prezidentliyə namizəd olan Hilari Klintonun xarici işlər üzrə müşaviri Ceyk Salivan jurnalistlərə, Rusiya hakimiyyət orqanlarının Donald Trampa üstünlük vermə səbəblərini  açıqladı.

AzEuroNews cont.ws-ya istinadən xəbər verir ki, “Hilari Klintonun, bizim Avropa Birliyində olan tərəfdaşlarımıza enerji təhlükəsizliyində, demokratiyada və dünya insan hüquqlarının qorunmasında  edəcəyi kömək mövqeyi Kremldə kiminsə xoşuna gəlməyə bilər. Lakin indi, bu suallarla bağlı Donald Trampın mövqeyinə, Vladimir Putin haqda olan  fikirinə diqqət yetirin və özünüz qərar verin bu sualın cavabı necə olacaq.”

Belə bir çıxışla Salivan jurnalistlərin ona verdiyi “Demokratik partiya niyə Rusiyanın Donald Trampı dəstəklədiyini fikirləşir və bu yaxınlarda demokratların kompyuter bazasına olan  hücumda niyə rus hakerləri iştirak edib?”-  sualına cavab verib.

Qeyd edək ki, bu yaxınlarda Demokratik partiyasının kompyuter serverləri rus hakerləri tərəfindən qırılmışdı və bu onu sübut edir ki , bu yolla Rusiya hökuməti Trampa kömək etmək fikrində idi.

Lakin Donald Trampın nümayəndələri bunu inkar edir.